"Rux"un yarımmüdafiəçisi Denis Pidqurski karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, "Neftçi" ukraynalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "INSIDE UPL" teleqram kanalı məlumat yayıb.

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Pidqurskini komandasında görmək istəyir. Ukraynalı mütəxəssis hələ "Krivbas"da işlədiyi vaxt həmyerlisini komandasına cəlb etmək istəyib. Lakin həmin vaxt transfer baş tutmayıb.

Pidqurski Lvov təmsilçisi ilə müqaviləsi yayda başa çatır. Bu da 22 yaşlı dayaq yarımmüdafiəçinin "Neftçi"yə keçmək şansını artırır.

Qeyd edək ki, Denis Pidqurski bu mövsüm "Rux"un heyətində 17 oyunda meydana çıxıb. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 500 min avro olaraq qiymətləndirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest