07 Yanvar 2026, 10:55
FUTBOL
"Tottenhem" futbolçusu Yan Min Hyoku icarəyə verib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
London təmsilçisi cənubi koreyalı vingeri "Koventri"yə göndərib. 19 yaşlı oyunçu yaya qədər Çempionşip klubunun formasını geyinəcək.
Qeyd edək ki, "Tottenhem" Yan Min Hyoku 2025-ci ilin yanvar ayında ölkəsinin "Qanqvon" klubundan transfer edib.Cənubi Koreya millisinin üzvü mövsümün ilk yarısını icarə əsasında "Portsmut"da keçirib.





_1767903980.jpg)






