“Milan”ın yarımmüdafiəçisi Ruben Loftus-Çik “Latsio”nun maraq dairəsinə düşüb.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikkolo Skira məlumat yayıb.
Lakin “rossoneri”nin baş məşqçisi Massimiliano Alleqri 29 yaşlı futbolçu ilə yollarını ayırmağı planlaşdırmır və onun komandada saxlanılmasında israrlıdır.
Roma təmsilçisindən başqa, Türkiyənin “Beşiktaş” klubu da ingiltərəli oyunçuya maraq göstərir. Digər klubların diqqətinə baxmayaraq, Alleqri Loftus-Çiki mövsümün ikinci yarısında rotasiyanın vacib elementlərindən biri kimi görür.
Loftus-Çik cari mövsümdə "Milan"ın heyətində bütün turnirlər üzrə 19 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.





_1767903980.jpg)






