03 Yanvar 2026, 16:57
FUTBOL
“İnter”in müdafiəçisi Françesko Açerbi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçə bilər.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.
37 yaşlı futbolçunu komandanın baş məşqçisi Simone İnzaqi şəxsən heyətində görmək istəyir. Klublar arasında italiyalı mərkəz müdafiəçisinin transferi ilə bağlı artıq danışıqlar aparılır.
Futbolçunun “İnter”lə müqaviləsi 30 iyun 2026-cı il tarixinədək qüvvədədir. “Transfermarkt” portalı onun bazar dəyərini 2,5 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, Açerbi bu mövsüm “İnter”in heyətində 12 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.






_1767799613.jpg)





