Bolqarıstan futbolunun əfsanəvi siması, tanınmış mütəxəssis Dimitar Penev vəfat edib.

Matc.az xəbər verir ki, bu barədə Bolqarıstan Futbol İttifaqı rəsmi məlumat yayıb. Məşhur futbolçu və məşqçi 80 yaşında dünyasını dəyişib.

D.Penev futbolçu kimi karyerasına Sofiya "Lokomotiv"ində başlayıb (1959-1964). Daha sonra o, karyerasının ən parlaq dövrünü keçirdiyi ÇSKA-ya (Sofiya) keçib. Burada 329 oyuna çıxan müdafiəçi 24 qol vurub.

O, ümumilikdə 8 dəfə Bolqarıstan çempionu (1 dəfə "Lokomotiv", 7 dəfə ÇSKA ilə) olub və iki dəfə ölkədə ilin futbolçusu seçilib. Milli komanda forması ilə 90 oyun keçirən və 2 qol vuran Penev 1966, 1970 və 1974-cü il dünya çempionatlarının iştirakçısı olub.

Məşqçilik fəaliyyəti ilə də iz qoyan Penev Bolqarıstanda XX əsrin ən yaxşı məşqçisi adına layiq görülüb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest