Fransanın "L'Equipe" nəşri 2025-ci ilin ən yaxşı oyunçularından ibarət simvolik komanda tərtib edib.

Matc.az xəbər verir ki, buraya səkkiz PSJ oyunçusu daxildir.

Qapıçı: Canluici Donnarumma (PSJ, “Mançester Siti”).

Müdafiəçilər: Əşrəf Hakimi (PSJ), Vilyam Paço (PSJ), Vilyam Saliba (“Arsenal”), Nuno Mendeş (PSJ).
Yarımmüdafiəçilər: Vitinya (PSJ), Joao Neveş (PSJ).

Hücumçular: Lamin Yamal (“Barselona”), Desire Due (PSJ), Usman Dembele (PSJ), Kilian Mbappé (“Real”, Madrid).

Məşqçi: Luis Enrike.

Qeyd edək ki, ötən mövsüm PSJ Çempionlar Liqasını, Liqa 1-i, Fransa Kubokunu və Superkuboku qazanıb. Fransa nəhəngi həmçinin Klublararası dünya çempionatının finalına vəsiqə qazanıb və UEFA Superkubokunu qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest