"Milan" qapıçı Mayk Menyana yeni sərfəli müqavilə təklif edib.
Matc.az xəbər verir ki, bu barədə insayder Matteo Maretto məlumat paylaşıb.
Bildirilir ki, "Milan" Menyanı Rafael Leao ilə yanaşı komandanın ən çox qazanan oyunçusu etməyə hazırdır. İtaliya klubu fransız qapıçıya klubun əmək haqqı limiti çərçivəsində mümkün olan maksimum maaşı - 5 milyon avro təklif edir. Klub həmçinin Menyana əhəmiyyətli bonuslar da ödəməyə hazırdır.
Danışıqlar hələ son mərhələyə çatmayıb. Menyanın tezliklə "Milan"ın təklifinə cavab verəcəyi gözlənilir.
Qeyd edək ki, Menyanın hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir. Fransız qapıçı bu mövsüm "Milan" klubunda 18 oyunda iştirak edib və 8 dəfə qapısını toxunulmaz saxlayıb. "Transfermarkt" onun dəyərini 25 milyon avro olaraq qiymətləndirir.












_1763570628_1767965300.jpg)