"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç "Mozzart Sport"a müsahibə verib.

Matc.az xəbər verir ki, monteneqrolu futbolçu komandanı tərk etmək ehtimalı barədə danışıb:

"Qarabağ" karyeramın böyük bir hissəsini keçirdiyim klubdur. Xüsusilə Çempionlar Liqasında inanılmaz nəticələr əldə etmişik. Əgər komandamı dəyişmək üçün yaxşı bir fürsət yaranarsa, klubun da bunu başa düşməsini istərdim. Bu qədər əla nəticələr əldə etdikdə yüksək motivasiyanı qorumaq asan deyil. Klubu çətin vəziyyətdə deyil, qalib kimi tərk etmək istəyirəm. "Qarabağ"dakı hər kəsə və azarkeşlərə hörmətimdən irəli gələrək, böyük töhfələrimə, oynadığım oyunlara, birlikdə yaratdığımız uğurlara və yazdığımız tarixə görə xatırlanmaq istəyirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest