08 Yanvar 2026, 18:52
FUTBOL
"Latsio" "Zaltsburq"un hücumçusu Petar Ratkovu transfer edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Roma təmsilçisi serbiyalı hücumçu üçün Avstriya klubuna 13 milyon avro təzminat ödəyib. Serbiya millisinin üzvü olan 22 yaşlı forvardla 4,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Petar Ratkov bu mövsüm "Zaltsburq"un heyətində keçirdiyi 29 oyunda 12 qol vurub, 3 qol ötürməsi edib.












_1763570628_1767965300.jpg)