"Difai" Roman Hüseynovla yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

28 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Roman Hüseynov mövsümün əvvəlindən "Difai"də çıxış edirdi. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest