09 Yanvar 2026, 16:42
FUTBOL
"Çelsi"nin əsas komandasından uzaqlaşdırılan Rahim Sterlinq karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
"Napoli" ingiltərəli vingeri heyətinə qqatmaq istəyir. Sterlinq özü London klubu ilə müqaviləsini ləğv etməyi planlaşdırır. Belə olacağı təqdirdə İtaliya çempionu 31 yaşlı futbolçu üçün hərəkətə keçəcək.
Qeyd edək ki, Rahim Sterlinq bu mövsüm "Çelsi"nin heyətində bir oyunda belə meydana çıxmayıb.












