08 Yanvar 2026, 20:18
FUTBOL
"Beşiktaş"dan ayrılan Mert Günokun yeni klubu müəyyənləşib.
Matc.az xəbər verir ki, türkiyəli qapıçı "Fənərbaxça"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı qolkiperlə 2,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mert Günok bu mövsüm "Beşiktaş"ın heyətində 13 oyunda meydana çıxıb. Təcrübəli "əlcək sahibi" "Fənərbaxça" akademiyasının yetirməsidir.












_1763570628_1767965300.jpg)