08 Yanvar 2026, 13:52
FUTBOL
"Mançester Siti"nin futbolçusu Bernardo Silva karyerasını Türkiyədə davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "A Bola" yayıb.
Bildirilir ki, portuqaliyalı yarımmüdafiəçi "Qalatasaray"a keçə bilər. 31 yaşlı futbolçu mövsümün sonunda azad agent kimi "Qalatasaray"a keçməyi düşünür.
Bunun üçün İstanbul klubu onun istədiyi maaşı təklif etməlidir. Hazırda tərəflər arasında danışıqlar gedir.
Qeyd edək ki, Silva bu mövsüm 27 matçda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.












_1763570628_1767965300.jpg)