08 Yanvar 2026, 15:50
FUTBOL
"Roma" Dortmund "Borussiya"sının hücumçusu Fabiu Silvanı transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti məlumat yayıb.
"Canavarlar"ın baş məşqçisi Can Pyero Qasperini rəhbərlikdən portuqaliyalı forvardın transferini tələb edib. Paytaxt klubu 23 yaşlı futbolçunu satınalma bəndi ilə icarəyə götürmək üçün Bundesliqa təmsilçisi ilə danışıqlara başlayacaq.
Qeyd edək ki,Fabiu Silva bu mövsüm "Borussiya"nın heyətində keçirdiyi 16 oyunda 1 qol vurub, 4 qol ötürməsi edib.












_1763570628_1767965300.jpg)