15 İyun 2026, 22:04
FUTBOL
İngiltərənin "Kristal Pelas" klubunun yeni baş məşqçisi məlum olub.
Matc.az xəbər verir ki, London təmsilçisi Pyer Sajla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Kristal Pelas" 47 yaşlı məşqçi üçün onun klubu "Lans"a təzminat ödəyib. Fransalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Kristal Pelas" Oliver Qlasnerlə yollarını ayırıb.













