15 İyun 2026, 21:05
FUTBOL
"Qalatasaray"ın müdafiəçisi Viktor Nelsson karyerasını İngiltərədə davam etdirə bilər.
Matc.az xəbər verir ki, jurnalist Ali Naci Küçük məlumat yayıb.
Acun Ilıcalının sahibi olduğu "Hall Siti" danimarkalı futbolçunu transfer etmək istəyir. İstanbul nəhəngi Premyer Liqaya yüksələn klubdan 27 yaşlı mərkəz müdafiəçisi üçün 10 milyon avro tələb edir.
Qeyd edək ki, Viktor Nelsson ötən mövsüm icarə əsasında "Verona"da çıxış edib. Danimarka millisinin üzvü A Seriyası təmsilçisinin heyətində 38 oyunda meydana çıxıb.













