Vitali Borisovun yetirmələri 15 pillə geriləyib. Komandamız hazırda aktivindəki 1064,28 xalla 47-ci sırada qərarlaşıb. Bu müddət ərzində yığmamız 62,06 xal itirib.
“Zirə”nin israrla istədiyi, digər klubların da xidmətinə maraq göstərdiyi ispan yarımmüdafiəçi mövsümün sonunda başa çatacaq anlaşmasını daha bir il uzatmağa razılaşıb.
Birinci seçmə mərhələdə, Estoniya ilə qarşılaşmada (0:3) sarı vərəqə alan oyunçu ikinci tsiklin Şimali İrlandiya ilə ilk görüşündə (0:4) də eyni halla üzləşib. Abdullayeva bu səbəbdən Albaniya ilə oyunda iştirak etməməli idi.
"Litva ilk matçda Monteneqroya məğlub olub. Üç komandalı qrupda yer aldığımızdan, bugünkü oyunun önəmi çox böyükdür. Heyətimizdə bəzi itkilər olsa da, komandaya cəlb olunan futbolçuların bu boşluğu dolduracaqlarına inanıram".
Doğma arenasında “Partizani”ni qəbul edən “Eqnatiya” 0:1 hesabı ilə məğlub olub. Qonaqlar qələbə topunu 85-ci dəqiqədə vurublar. Start heyətində meydana çıxan Zamiq Əliyev qarşılaşmanı əvəz edilmədən keçirib.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.