“Çelsi”nin kapitanı Ris Ceyms baş məşqçi Entso Mareskanın rəhbərliyi altında komandanın inkişafı ilə bağlı fikirlərini bölüşüb.

Matc.az xəbər verir ki, ingiltərəli müdafiəçi klubun son bir ildə göstərdiyi nəticələrin düzgün inkişaf istiqamətinin ən yaxşı sübutu olduğunu deyib:

“Düşünürəm ki, ötən mövsümdə əldə olunan nailiyyətlər hər şeyi özü-özünə izah edir. Onlar nə qədər irəliləmiş olduğumuzu və hansı məqsədlərə can atdığımızı göstərir. Əminəm ki, zaman keçdikcə daha yaxşı və güclü olacağıq”.

Xatırladaq ki, London təmsilçisi Mareskanın rəhbərliyi altında may ayında Konfrans Liqasının qalibi olub, iyulda isə Klublararası Dünya Çempionatının kubokunu muzeyinə əlavə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest