"Benfika"nın baş məşqçisi Joze Mourinyo klub rəhbərliyindən mərkəz müdafiəçisi Nikolas Otamendinin "Barselona"ya getməsinə icazə verməməsini istəyib.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

"Barselona"nın qış "transfer pəncərəsi" zamanı mərkəzi müdafiəsini gücləndirmək üçün namizəd kimi Otamendini nəzərdən keçirdiyi bildirilir. 37 yaşlı argentinalı veteran futbolçunun müqaviləsi cari mövsümün sonuna qədərdir və bu da onun transfer ehtimalını artırır.

Lakin Mourinyo "Benfika" rəhbərliyindən nəinki yanvar ayında Otamendinin "Barselona"ya getməsinə icazə verməməsini, həm də müqaviləsini daha bir il uzatmasını istəyib.

Qeyd edək ki, Otamendi bu mövsüm "Benfika"nın heyətində bütün yarışlarda 28 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Argentinalı 2020-ci ilin sentyabr ayından bəri Lissabon klubunda oynayır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest