27 Dekabr 2025, 10:50
FUTBOL
İspaniyanın "Ovyedo" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, "mavilər" Meksikanın "Leon" klubundan Nikolas Fonsekanı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Uruqvaylı dayaq yarımmüdafiəçisi 2026-cı ilin yayına kimi La Liqa təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Nikolas Fonseka bu mövsüm "Leon"un heyətində 17 oyunda meydana çıxıb.









_1766830533.jpg)


