"Marsel"in sabiq baş məşqçisi Jan-Lui Qasse vəfat edib.

Matc.az xəbər verir ki, 72 yaşlı mütəxəssisin ölüm səbəbi açıqlanmayıb.

Qassenin son iş yeri 2025-ci ilin aprelində ayrıldığı "Monpelye" olub.

Fransalı məşqçi "Sent-Etyen", "Bordo", "Marsel", "İstr", "Kan" klublarını və Kot-divuar yığmasını çalışdırıb, həmçinin PSJ-də və Fransa millisində Loran Blanın məşqçilər heyətində yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest