27 Dekabr 2025, 12:53
FUTBOL
"Bornmut"un hücumçusu Enes Ünal La Liqaya qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
İspaniyadan 5 klub türkiyəli futbolçu ilə maraqlanır. Bunlar "Rayo Valyekano", "Xetafe", "Real Sosyedad", "Betis" və "Sevilya"dır. 28 yaşlı forvard İspaniyaya dönməyə isti yanaşır.
Qeyd edək ki, "Bornmut" Enes Ünalı 2024-cü ilin fevral ayında "Xetafe"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 6 oyunda 1 qol vurub.












_1766830533.jpg)