"Qarabağ" rəhbərliyindən APOEL-ə jest
"Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl Kipr APOEL-i üçün şam yeməyi təşkil edib. Ağdam klubunun idarə heyətinin üzvü Fevzihan Aras APOEL-li həmkarına Qarabağ atının təsviri olan xatirə hədiyyəsi təqdim edib.



























