Konfrans Liqasında ölkəmizi təmsil edəcək "Neftçi" və CAS-ın məlum qərarından sonra turnirə vəsiqə qazanan "Zirə" də mübarizəyə elə I təsnifat mərhələsindən qoşulacaq.
Bu gün avrokuboklarda 2026/27 mövsümünün püşkatma mərasimi keçiriləcək. Matc.az xəbər verir ki, UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.
İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə klubların ilk rəqibləri müəyyənləşəcək.
Sabah - iyunun 17-də isə turnirlərin II təsnifat mərhələsinin püşkatma mərasimi baş tutacaq.
Püşkatmada ölkə çempionu "Sabah" Çempionlar Liqasının, "Qarabağ" isə Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibini tanıyacaq.
Konfrans Liqasında ölkəmizi təmsil edəcək "Neftçi" və CAS-ın məlum qərarından sonra turnirə vəsiqə qazanan "Zirə" də mübarizəyə elə I təsnifat mərhələsindən qoşulacaq.
Püşkatma zamanı "Qarabağ" və "Zirə" səpələnmişlər, "Neftçi" səpələnməmişlər səbətində yer alacaq.
Qeyd edək ki, Çempionlar Liqasında ilk oyunlar 7-8 iyulda, Avropa və Konfrans Liqasında isə 9 iyulda start götürəcək.













