"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin III turunda APOEL-i qəbul edəcək. Qarşılaşmanın biletləri sabahdan satışa çıxarılacaq. Azarkeşlər saat 12:00-dan etibarən bilet əldə edə biləcəklər.
Türkiyə millisinin futbolçularının AVRO-2020-nin seçmə mərhələsində Fransa ilə keçirilən səfər oyunundan (1:1) sonra hərbi salamla ordusuna nümayiş etdirdiyi dəstək intizam işi açılmasına səbəb olub. APOEL futbolçularının da "Qarabağ"la Avropa Liqası görüşündə analoji addıma əl atması istisna deyil.
"Qrupa qədər Azərbaycanda "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldik, "Ayaks"a qarşı iki möhtəşəm oyun keçirdik. Təhqir mənasında demirəm, amma onlara qarşı bunu etmək mümkünsüz görünürdü. 5 oyunda 16 qol vurduq ki, bunu da uğurlu saymaq olar".
"Düdelanj" Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"la oyunda baş verən erməni təxribatına görə Ağdam klubundan üzr istəyib. Lüksemburq təmsilçisi bunu rəsmi tvitter səhifəsi vasitəsilə edib. Rəqib təxribatla əlaqələrinin olmadığını vurğulayıb.
Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Düdelanj" - "Qarabağ" oyununda təxribata əl atan ermənilər müəyyənləşib. Bunu "ultraqrup birinci Ermənistan cəbhəsi" boynuna alıb.
Avropa Liqasında qrup mərhələsinin II turunun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. UEFA 4 futbolçunun adını azarkeşlərə təqdim edib. Azarkeşlər arasında aparılacaq səsvermənin nəticəsi sabah müəyyənləşəcək.
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Lüksemburqun "Düdelanj" klubuna qarşı keçirdikləri oyunu şərh edib. O, 4:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı öncə bunları söyləyib
"Bu, xoşagəlməz hal idi. Nəticənin xeyrimizə olduğu anda sakit olmağa çalışmalı idik. Baş məşqçimiz bizi toplayaraq tapşırıqlarını verdi. Oyunçularla danışdıq ki, daha səbrli olaq"
Domen sahibinin adı: Əsgərov İxtiyar Kamal oğlu VÖEN: 7302144052 Tel: +994 50 286 01 35, +994 70 286 01 35 E-mail: ixtiyar1973@gmail.com Ünvan: Səbail rayonu, Yeni Salyan Şossesi, 22. Məsul redaktorun adı soyadı: Əsgərov İxtiyar Kamal oğlu.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.