"Elə bir qrupdu ki, 3 komanda ikincilik uğrunda yarışacaq. Çünki "Sevilya" qrupun aşkar favoritidi. Biz planetin ən güclü 4 liqasından birindən gələn güclü komandadan danışırıq".
Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. "Qarabağ" A qrupunda "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj" (Lüksemburq) klubları ilə bir qrupda mübarizə aparacaq. "Köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov klubun saytına açıqlamasında püşkü dəyərləndirib
"Bizi qrupda uzaq səfərlər gözləyir. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Lakin qrupa güclü başlamaq və birinci yeri tutmaq niyyətindəyik. Unutmayaq ki, öz ölkəsinin çempionları ilə qarşılaşacağıq. Avropa Liqası bizim üçün çox vacib turnirdi".
"Klublara ayrı-ayrı baxsaq, məlumdu ki, "Sevilya" bu turnirin favoritlərindən biridi və 5 dəfə Avropa Liqasının qalibi olub. APOEL-lə bu mövsüm qarşılaşdıq, aramızda gərgin mübarizə şəraitində iki oyun keçdi və onlar növbəti mərhələyə yüksəldi".
Avropa Liqasında 2018-19 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib. Bu nominasiyada belçikalı Eden Azar qalib elan edilib. Yayda "Real"a transfer olunan Azar ötən mövsüm "Çelsi"nin heyətində Avropa Liqasının qalibi adını qazanıb.
"İlk görüşdəki məğlubiyyətə baxmayaraq, komanda yaxşı əhval-ruhiyyədə idi. Çünki evdə yaxşı oyun göstərib, bu rəqibə qalib gələcəyimizə inanırdıq. Hamımızda bu inam var idi. Matça çox rahat hazırlaşırdıq".
"1:0 hesabı ilə qalib gəlməyimiz demək olar ki, onlar üçün heç nəyi dəyişmirdi. Düşünürdülər ki vurduqları bir qol vəziyyəti xeyirlərinə dəyişəcək. Eyni vəziyyətdə oynamağa davam edirdilər"
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.