27 Oktyabr 2025, 17:23
MPL
"Turan Tovuz" mövsümün sonunda sonunda müqaviləsi başa çatan Kurban Berdiyevlə bağlı qərar verib.
Matc.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisi rusiyalı mütəxəssisin müqaviləsini daha 1 il uzadıb. Bu barədə "sport24.ru" portalı məlumat yayıb.
Berdiyev 2027-ci ilin yayına kimi komandanın "sükan"ı arxasında olacaq. Bundan başqa, klub rəhbərliyi 73 yaşlı məşqçiyə ən azı 3 illik, təkmilləşdirilmiş şərtlərlə yeni sözləşmə təklif etməyi planlaşdırır.
Qeyd edək ki, Kurban Berdiyev 2024-cü ilin yayında "Turan Tovuz"un baş məşqçisi postuna təyin olunub. Komanda Premyer Liqada 9 turdan sonra 18 xal toplayıb və turnir cədvəlinin zirvəsində qərarlaşıb.









.jpg копия_1764971236.jpg)

_1764965402.jpg)
