10 Dekabr 2025, 13:51
FUTBOL
Səudiyyə Ərəbistanı klublarının transfer siyahısında yeer alan Rafinya gələcəyi ilə bağlı qərarını verib.
Matc.az xəbər verir ki, braziliyalı vinger Kataloniya təmsilçisini tərk etməyəcək. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
Rafinya uzun illər komandada qalmaq istəyir. 28 yaşlı futbolçu klubu və şəhəri sevir.
Qeyd edək ki, "Barselona" Rafinyanı 2022-ci ilin yayında "Lids Yunayted"dən transfer edib. Braziliya millisinin üzvü bu mövsüm La Liqa nəhənginin heyətində keçirdiyi 12 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2028-ci ilin 30 iyun tarixinə kimidir.










_1765367119.jpg)

