Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2026/2027 mövsümü üzrə I seçmə mərhələnin püşkü atılıb.

Matc.az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. 2-ci qrupda yer alan U-17 Almaniya, Şimali İrlandiya və Litva yığmaları ilə mübarizə aparacaq.

Millimizin oyunlarının təqvimini nəzərinizə çatdırırıq:

11 noyabr 2026-cı il
Almaniya – Azərbaycan

14 noyabr
Şimali İrlandiya – Azərbaycan

17 noyabr
Litva – Azərbaycan

Qeyd: Qrupun oyunları Almaniyada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest