22 Dekabr 2025, 11:43
FUTBOL
"Lill"in qapıçısı Berke Özer karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
"Milan" türkiyəli qolkiperi transfer etmək istəyir. "Rossoneri" 25 yaşlı "əlcək sahibi" üçün yanvar ayında Fransa klubuna təklif göndərəcək.
Qeyd edək ki, "Lill" Berke Özeri mövsümün əvvəlində "Eyüpspor"dan 4,5 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində 20 rəsmi oyunda meydana çıxıb.












