"Arsenal" "Lill"in yarımmüdafiəçisi Ayyub Buaddini transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

London klubunun nümayəndələri fransalı futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb. "Topçular" 18 yaşlı oyunçu üçün 45 milyon avro ödəməyə hazırdır.

Gənc yarımmüdafiəçinin çıxışını "Mançester Siti", "Mançester Yunayted" və "Liverpul" da diqqətdə saxlayır.

Qeyd edək ki, Ayyub Buaddi bu mövsüm "Lill"in heyətində keçirdiyi 20 oyunda 1 qol ötürməsi edib. Onun klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest