“Aston Villa” Premyer Liqanın 17-ci turunda “Mançester Yunayted”i 2:1 hesabı ilə məğlub edərək 111 il əvvəl qeydə alınmış nailiyyəti təkrarlayıb.
Matc.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.
Birmingem təmsilçisi bütün turnirlərdə ardıcıl 10 qələbə qazanıb ki, bu da klub tarixində 1914-cü ildən bəri ilk dəfədir. Komanda ölkə çempionatında “Bornmut” (4:0), “Lids Yunayted” (2:1), “Vulverhempton” (1:0), “Brayton” (4:3), “Arsenal” (2:1), “Vest Hem” (2:0), Avropa Liqasında isə "Makkabi" (2:0), “Yanq Boyz” (2:1) və “Bazel” (2:1) üzərində qələbə qazanıb.
“Aston Villa” hazırda 36 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Komandanın növbəti oyunu dekabrın 27-də səfərdə “Çelsi”yə qarşı baş tutacaq.












