22 Dekabr 2025, 13:24
FUTBOL
"Barselona" "Bornmut"un müdafiəçisi Markos Senesini heyətinə qatmaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Argentinalı futbolçunun İngiltərə klubu ilə müqaviləsi yayda başa çatır. O, klubun yeni sözləşmə təklifini qəbul etməyib. Bunu nəzərə alan "Barselona" Senesini yayda azad agent statusu ilə rənglərinə bağlamağı planlaşdırır. 28 yaşlı mərkəz müdafiəçisi özü də Kataloniya təmsilçisinə keçməyə isti yanaşır.
Qeyd edək ki, Argentina millisinin üzvü olan Markos Senesi bu mövsüm "Bornmut"un heyətində keçirdiyi 17 oyunda 3 qol ötürməsi edib.












