23 Dekabr 2025, 14:34
FUTBOL
“Barselona” qış transfer pəncərəsində mərkəz müdafiəçi mövqeyini gücləndirməyi planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat verib.
Klub artıq yeni müdafiəçi axtarışlarını fəal şəkildə aparır. Lakin bu transferin səs-küylü ada malik ulduz futbolçu olacağı ehtimalı azdır. Kataloniya təmsilçisi böyük ehtimalla, nisbətən münasib qiymətə bir müdafiəçi tapacaq və ya kimisə icarəyə götürəcək.
“Barselona” İspaniya La Liqasında 18 turdan sonra 46 xalla turnir cədvəlinin zirvəsində qqərarlaşıb. “Blauqrana” ən yaxın izləyici olan "Real"ı 4 xal qabaqlayır.




_1766503995.jpg)







