“Bavariya”nın müdafiəçisi Saşa Boe Almaniya Bundesliqasını Türkiyə çempionatına dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq sosial şəbəkə hesabında məlumat yayıb.

Fransalı futbolçunun transferinə “Qalatasaray” ciddi maraq göstərir. İstanbul klubu 25 yaşlı sağ cinaah müdafiəçisi uğrunda “Nyukasl” və “Kristal Pelas”la rəqabət aparmağa hazırdır. “Bavariya” isə oyunçunun satışından təxminən 20 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Saşa Boe 2024-cü ilin yanvarında "Qalatasaray"dan Münhen klubuna keçib. Tərəflər arasında müqavilə 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest