01 Yanvar 2026, 15:20
FUTBOL
"Çelsi"nin futbolçusu Rahim Sterlinq Londonda klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.
"Fulhem" ingiltərəli vingeri yanvar ayında heyətinə qatmaq istəyir. Sterlinq özü də ailəvi səbəblərə görə Londonu tərk etmək istəmir. Buna görə 31 yaşlı yaşıl oyunçunun "Fulhem"ə keçmək ehtimalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, Rahim Sterlinq "Çelsi"nin baş məşqçisi Entso Mareskanın qərarı ilə əsas komandadan uzaqlaşdırılıb. Təcrüübəli futbolçu bu mövsüm rəsmi oyunlarda meydana çıxmayıb.












