Braziliya millisinin sabiq futbolçusu Roberto Karlos ürəyindən əməliyyat olunub.

Matc.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb. 52 yaşlı keçmiş müdafiəçi ürəyindəki narahatlığa görə xəstəxanaya aparılıb. Müayinə sonrası o kiçik əməliyyat keçirib.

Karlosun durumu yaxşıdır. O, bir müddət həkim nəzarətində olacaq.

Roberto Karlos futbolçu kimi “Real”, “Fənərbağça” klublarında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest