02 Yanvar 2026, 14:31
FUTBOL
Almaniyanın “Bavariya” klubunun hücumçusu Maykl Olise 2025-ci ildə Avropanın TOP-5 liqalarında bazar dəyərini ən çox artıran futbolçu olub.
Almaniyanın “Bavariya” klubunun hücumçusu Maykl Olise 2025-ci ildə Avropanın TOP-5 liqalarında bazar dəyərini ən çox artıran futbolçu olub.
Matc.az xəbər verir ki, 23 yaşlı oyunçunun bazar dəyəri bu il ərzində 65 milyon avro (təxminən 135 milyon AZN) artaraq 130 milyon avro (təxminən 270 milyon AZN) səviyyəsinə çatıb.
Bu göstərici ilə o, Avropanın ən güclü beş liqasında çıxış edən futbolçular arasında dəyər artımına görə birinci yeri tutub.
Məlumata görə, heç bir digər futbolçu bazar dəyərində Olise qədər artım göstərməyib və bu göstərici onu 2025-in bu baxımdan lideri edib.












