01 Yanvar 2026, 18:18
FUTBOL
"Real" və Vinisius Junior müqavilənin uzadılması ilə bağlı danışıqları bərpa edəcəklər.
Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Tərəflər arasında danışıqlar Klublararası dünya çempionatından sonra, braziliyalı futbolçunun maaş tələbi klub tərəfindən çox yüksək hesab edildikdən sonra dayandırılıb. Lakin, "Real"ın tezliklə oyunçu ilə yenidən əlaqə saxlayacağı gözlənilir.
Qeyd olunur ki, Madrid təmsilçisi 25 yaşlı hücumçunu saxlamaq niyyətindədir. Vinisius özü də klubda qalmaq istəyir. Tərəflər arasında mövcud müqavilə 2027-ci ilə qədərdir.
Qeyd edək ki, Vinisius cari mövsüm La Liqada 18 oyuna çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə verib.












