İngiltərənin "Aston Villa" klubu heyətini yeni hücumçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.

Birminqem təmsilçisi Braziliyanın "Qremio" klubundan Alissonu transfer edib. 19 yaşlı futbolçu ilə müqavilə imzalanıb.

Qeyd edək ki, gənc vinger "Qremio" akademiyasının yetirməsidir. O, əsas komandada debütünü 2024-cü ilin iyulunda reallaşdırıb. Ötən mövsüm Braziliya çempionatında 34 oyuna çıxan Alisson əsas heyətin vacib fiqurlarından birinə çevrilib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest