Harri Maquayr və Bruno Fernandeş zədələrini sağaltdıqdan sonra "Mançester Yunayted"in heyətinə qayıdıblar.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano yayıb.

Bildirilir ki, Maquayr uzunmüddətli zədədən sağalıb və meydanda komanda yoldaşlarına kömək etməyə hazırdır. O, 21-ci turun "Börnli" ilə oyununda heyətə daxil ola bilər.

Bu qarşılaşma İngiltərə Premyer Liqasının 17-ci turunda "Aston Villa" ilə (2:1) zədə aldıqdan sonra komandanın kapitanı Bruno Fernandeş üçün də ilk oyunu ola bilər.

Bu mövsüm Fernandeş bütün yarışlarda 18 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib. Maquayr isə 9 oyun keçirib, 2 qol vurub və bir məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest