"Neftçi"nin məşqçilər heyətinə yeni təyinatlar olub.
"Neftçi"nin məşqçilər heyətinə yeni təyinatlar olub.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Atilla Küçüktaka və Fuad Əsədov qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcəklər. Hər iki mütəxəssislə 1,5 illik müqavilə bağlanıb.
Atilla Küçüktaka 1972-ci il martin 26-da Türkiyənin İzmir şəhərində anadan olub. O, vətənində "Nazilli Belediyyespor", "Bucaspor", "Karşıyaka", "Altınordu", "Trabzonspor" və "İkas Eyüpspor" klublarında çalışıb.
32 yaşlı Fuad Əsədov isə əvvəllər "Neftçi" Futbol Akademiyasının qapıçılar üzrə məşqçisi və koordinatoru olub, əvəzedici komandada çalışıb. O, "Rəvan" (U-19) və "Səbail" klublarında, həmçinin U-17, U-18 və U-19 milli komandalarımızda da işləyib.








_1767903980.jpg)



