09 Yanvar 2026, 22:28
FUTBOL
Afrika Millətlər Kubokunun 1/4 finalın ilk oyunu keçirilib.
Matc.az xəbər verir ki, Seneqal Malini minimal hesabla məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Qarşılaşmanın yeganə qolunu 27-ci dəqiqədə "Everton"un hücumçusu İliman Ndiaye vurub.
Qeyd edək ki, Mali ikinci hissəni on nəfərlə başa vurub. Matçın 45+3-cü dəqiqəsində "Tottenhem"in yarımmüdafiəçisi İv Bissuma ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Seneqal yarımfinalda Fil Dişi Sahili və Misir matçının qalibi ilə qarşılaşacaq.












