"Aston Villa" "Atletiko"da oynayan ingilis yarımmüdafiəçi Konnor Qallageri transfer etməkdə maraqlıdır.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.

Bildirilir ki, "Aston Villa"nın baş məşqçisi Unay Emeri şəxsən 25 yaşlı yarımmüdafiəçinin transferində maraqlıdır.

"Aston Villa" Qallageri məcburi satın alma şərti ilə icarəyə götürməyi düşünür.

Qeyd edək ki, Konor Qallager 2024-cü ilin yayında "Çelsi"dən 42 milyon avroya Madrid klubuna keçib. Bu mövsüm o, bütün yarışlarda 27 oyunda iştirak edib, 3 qol vurub və bir məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest