Millimizin üzvü Superliqa yolunda
Türkiyə I liqasında XXXI tura yekun vurulub. Azərbaycan millisinin formasını geyinmiş Dəniz Yılmazın şərəfini qoruduğu "Gənclərbirliyi" səfər oyununa çıxıb. Karabükdə yerli komandanın qonağı olan paytaxt təmsilçisi 3 xalı darmadağınla əldə edib.



























