“Milan”ın qapıçısı Mayk Menyan qış transfer pəncərəsində klubu tərk etməyəcək.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

A Seriyası nəhəngi qışda istənilən təklif alsa belə, Menyanı buraxmaq niyyətində deyil. Eyni zamanda, “rossoneri” yeni müqavilə ilə bağlı məsələni yaza qədər uzatmaq istəmir. Klub fevral ayının sonuna qədər fransalı qolkiperdən yekun cavab almağı planlaşdırır.

Menyan 2021-ci ildən “Milan”ın formasını geyinir. 30 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 17 matça çıxıb, 14 qol buraxıb və 8 oyunda qapısını toxunulmaz saxlayıb. Onun klubla müqaviləsi 2026-cı ilin iyun ayınadək qüvvədədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest