"Barselona" "Aston Villa"nın müdafiəçisi Pau Torreslə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Bildirilir ki, Kataloniya klubu onu transfer etmək üçün ciddi addım atsa, 28 yaşlı futbolçu İspaniyaya qayıtmağı barədə düşünəcək. "Barselona" Pau Kubarsi ilə birlikdə uzunmüddə oynaya biləcək müdafiəçi axtarır.

Qeyd edək ki, T2orres bu mövsüm bütün turnirlərdə 18 oyunda meydana çıxsa da, qol vura bilməyib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt"da futbolçunun dəyəri 25 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest