"Dinamo" Gürcüstanın ən titullu klubudur. Komanda 18 dəfə ölkə çempionatının, 13 dəfə kubokun, 8 dəfə isə super kubokun qalibi olub. Tiflislilər 2004-cü ildə "Birlik kuboku"nu başı üzərinə qaldırıblar. Gürcüstan müstəqillik qazanandan sonra "Dinamo"nun avrokuboklardakı ən böyük uğuru 2004/05 mövsümündə UEFA Kubokunun qrup mərhələsində iştirak etmək olub.