16 İyun 2026, 08:21
FUTBOL
Səudiyyə Ərəbistanı – Uruqvay oyununda qarşılaşmanın ən yaxşı futbolçusu məlum olub.
Matc.az xəbər verir ki, 2026-cı il dünya çempionatının qrup mərhələsinin ilk turu çərçivəsində keçirilən görüşdə bu ada Uruqvay millisinin kapitanı Federiko Valverde layiq görülüb.
"Real"ın çox yönlü yarımmüdafiəçisi rəqib qapısına bir neçə dəfə təhlükəli zərbə endirməklə yaddaqalan olub. Qol vurmasa da ulduz futbolçu meydanda qaldığı 90 dəqiqə ərzində komandasının hücumlarının təşkilində aparıcı rol oynayıb.













