UEFA Gənclər Liqasında əsas mərhələsinin III turunun oyunları keçirilir.

Matc.az xəbər verir ki, "Qarabağ"ın U-19 komandası bu gün İspaniyada "Atletik"in qonağı olub.

Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürüb. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Atletik"in gəncləri 3 turdan sonra 9 xal toplayıb. "Qarabağ" isə hər üç oyunda uduzub.

UEFA Gənclər Liqası

22 oktyabr

14:00. "Atletik" - "Qarabağ" 3:0
Baş hakim: Qal Leyboviçə
Yan xətt hakimləri: 
Haz Orpaz Hen, Zev Vladimir Frenkel
Dördüncü hakim: 
Con Andrade Del Olma
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest